Almaniyada təbii qaz anbarları tam doldurulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin hesabatında deyilir.
“Doldurulma prosesi davam edir. Almaniyada yeraltı anbarların ümumi doluluq səviyyəsi 100%-ə çatıb”, - məlumatda qeyd olunur.