Almaniyanın ən böyük enerji konserni olan E.ON Ukraynada cərəyan edən hadisələr fonunda Rusiyadan qaz alınmasının dayandırıldığını açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə konsernin Baş direktoru Leonard Birnbaumun bəyanatında deyilir.
“Biz qazı Avropanın topdansatış bazarlarından alırıq. E.ON konserni birbaşa istehsalçılarla uzunmüddətli müqavilələr bağlamır. Lakin portfelimizdəki təbii qazın kiçik bir hissəsi "Qazprom"un Avropadakı ticarət şirkətlərindən alınıb. Ukraynadakı müharibə səbəbindən bu şirkətlərdən yeni qaz həcmlərinin alınmasını dayandırmışıq. Rusiya bazarı bizim hədəf regionlarımız sırasına daxil deyil”, - bəyanatda bildirilir.