Anjela Uilkinson: "Avropa və dünyadakı enerji böhranı yeni bir fenomendir"

Anjela Uilkinson: "Avropa və dünyadakı enerji böhranı yeni bir fenomendir" Avropa və dünyadakı enerji böhranı qeo-siyasətlə deyil tələbin gözlənilmədən bərpası ilə şərtlənir.
Energetika
18 Oktyabr , 2021 14:26
Anjela Uilkinson: Avropa və dünyadakı enerji böhranı yeni bir fenomendir
Anjela Uilkinson

"Avropa və dünyadakı enerji böhranı qeo-siyasətlə deyil tələbin gözlənilmədən bərpası ilə şərtlənir".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Dünya Enerji Şurasının (DEŞ) baş katibi Anjela Uilkinson deyib.

Onun sözlərinə görə, vəziyyətə tələbin gözlənilmədən bərpa olunması və ölkələrin enerji bazarı uğrunda mübarizəsi təsir edib. Bundan başqa təbii qaz tədarükçüləri daha yüksək qiymətlərin olmasından dolayı Asiya bazarına yönəliblər.

Baş katib diqqətə çatdırıb ki, enerji böhranın inkişafında ekstremal hava şəraitin də payı olub.

A.Uilkinsona görə, hazırki vəziyyət keçmişdə olan enerji böhranlarına bənzəmir və yeni bir fenomendir.

Son xəbərlər

Orphus sistemi