Aprel ayında Səudiyyə Ərəbistanının neft ixracı azalıb

Aprel ayında Səudiyyə Ərəbistanının neft ixracı azalıb Krallığın neft emalı zavodlarında neft emalı aprel ayında gündəlik 2,295 milyon barelədək azalıb
Energetika
18 İyun , 2021 14:08
Aprel ayında Səudiyyə Ərəbistanının neft ixracı azalıb

Aprel ayında Səudiyyə Ərəbistanının xam neft ixracı martdakı gündəlik 5,427 milyon bareldən 5,408 milyon barelə düşüb. Bununla yanaşı, gündəlik neft hasilatı da əvvəlki aydakı gündəlik 8,138 milyon bareldən 8,134 milyon barelədək azalıb.

Report” xəbər verir ki, aprel ayında Səudiyyə Ərəbistanının neft emalı zavodlarında neft emalı aprel ayında gündəlik 2,295 milyon barelədək azalıb, xam neft ehtiyatları isə gündəlik 134,085 milyon barelədək yüksəlib.

Aprel ayında neft məhsullarının gündəlik ixracı 1,216 milyon barelə çatıb, eyni dövr üçün neft məhsullarına olan tələb isə gündəlik 2,15 milyon barelədək yüksəlib.

Məlumatlara görə, krallıqda ümumdaxili məhsul I rübdə 3 % azalıb, bu isə rəsmi qiymətləndirmələrdən bir qədər aşağıdır.

Son xəbərlər

Orphus sistemi