BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır

BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri neft şirkəti olan ADNOC (Əbu Dabi Milli Neft Şirkəti) “Murban” markalı neftin sentyabr ayı üçün satış qiymətini “Dubai” markalı neftə nisbətən 0,85 ABŞ dolları azaldıb.
Energetika
10 Avqust , 2020 20:29
BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri neft şirkəti olan ADNOC (Əbu Dabi Milli Neft Şirkəti) “Murban” markalı neftin sentyabr ayı üçün satış qiymətini “Dubai” markalı neftə nisbətən 0,85 ABŞ dolları azaldıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin qiymət siyahısına görə “Umm Lulu” markalı neft artıq 5 aydır “Murban” nefti ilə eyni qiymətə satılır. Həmçinin “Das” markalı neft ondan 0,35 dollar, “Upper Zakkum” markalı neft də 0,2 dollar ucuz satılır.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti son dörd ayda ilk dəfə Asiya və Avropa müştəriləri üçün əsas neft markalarının qiymətini aşağı salmışdı. Belə ki, Asiya və Avropa bazarlarına sentyabr ayında ixrac edəcəkləri neftin qiymətini aşağı salan “Aramco” ABŞ bazarı üçün qiyməti əvvəlki kimi saxlayıb.

Son xəbərlər

Orphus sistemi