ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 8,5 dəfə artırıb

ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 8,5 dəfə artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 526,537 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Energetika
3 İyun , 2022 18:51
ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 8,5 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 526,537 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 464,361 milyon ABŞ dolları və ya 8,5 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin 5 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 62,176 milyon ABŞ dolları təşkil edib.

Bu ilin 5 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 144,522 milyon ABŞ dolları kondensatın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,391 milyon ABŞ dolları və ya 2,53 dəfə çoxdur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,7 %),"LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi