Asiyada artan COVID-19 yoluxmaları neftin qiymətində dalğalanma yaradıb

Asiyada artan COVID-19 yoluxmaları neftin qiymətində dalğalanma yaradıb Dünyanın digər əsas bölgələrində "qara qızıl"a tələbatın artması sərmayədarlara nikbinlik verib
Energetika
17 May , 2021 13:01
Asiyada artan COVID-19 yoluxmaları neftin qiymətində dalğalanma yaradıb

Dünya bazarında neftin qiymətində dalğalanma müşahidə olunub. Belə ki, artan koronavirus yoluxmalarının tələbatla bağlı yaratdığı qeyri-müəyyənlik qiymətlərdə həm artıma, həm də azalmaya səbəb olub.

“Report” xəbər verir ki, Şimal dənizində hasil edilən “Brent” neftinin iyul fyuçerslərinin qiyməti 0,03 faiz azalaraq 68,69 dollar təşkil edib.

Lakin WTI neftinin iyul və iyun fyuçersləri 0,12 faiz və 0,05 faiz bahalaşaraq bir bareli müvafiq olaraq 65,44 dollara və 65,41 dollara satılıb.

Neft qiymətlərində dalğalanma bir qədər əvvəlki artımdan sonra baş verib. Qiymətə Asiyanın bəzi yerlərində koronavirusa yoluxmaların yüksək olması təsir edib.

Digər tərəfdən, dünyanın digər əsas bölgələrində "qara qızıl"a tələbatın artması sərmayədarlara nikbinlik verib.

“Avropada və ABŞ-da müşahidə olunan dirçəlmə neft qiymətlərinə müsbət təsir göstərir”, – “SPI Asset Management” şirkətinin əməkdaşı Stiven İnnes “Bloomberg”ə verdiyi açıqlamada deyib.

Son xəbərlər

Orphus sistemi