Avropada havaların soyuması yeraltı anbarlara qaz vurulmasını yubadır.
“Report” “Prime”ə istinadən xəbər verir ki, “Gas İnfrastructure Europe”un məlumatına görə, 26 mart-12 aprel tarixləri arasında anbarlara vurulmuş 2,9 milyard kubmetr qazın 2,8 milyard kubmetri havaların soyuması üzündən yenidən istehlak üçün götürülüb.
Nəticədə hazırda Avropa yeraltı anbarlarında qazın səviyyəsinin 30 faizdən artıq olmadığı da qeyd olunur.
“Aprelin 12-nə olan vəziyyətə görə yeraltı anbarlarda əvvəlki ilə nisbətən 26,3 milyard kubmetr az qaz ehtiyatı olub ki, bu da yeni rekord və eyni zamanda 2020/2021-ci il isinmə mövsümü ərzində ən böyük fərqdir”, - deyə Rusiyanın “Gazprom” dövlət şirkətinin açıqlamasında qeyd olunur.