Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların həcmi fevralın 3-də 50 faiz həddindən aşağı düşüb.
“Report” “Gas İnfrastructure Europe”yə istinadən xəbər verir ki, fevralın 4-ü səhər regionun yeraltı qaz anbarlarının dolma səviyyəsi orta hesabla 49,83 faiz, o cümlədən Almaniyada 42,44 faiz, Fransada 39,65 faiz olub.
Bütövlükdə Avropa İttifaqındakı cari ehtiyatlar son 5 ilin orta miqdarına nisbətən 2,77 faiz aşağıdır.
Həmçinin Avropa qaz nəqli şəbəkəsinə bu ay LNG vurulması ötən ilin müvafiq dövrünə nisbətən 49 faiz azdır. Avropanın başlıca qaz satışı mərkəzi olan TTF-də qiymətlər yanvar ayındakı 257 USD/1000 kubmetrə qarşı fevralın əvvəlindən bu yana 225-227 ABŞ dolları səviyyəsindədir.