“Enerji xərclərinin azaldılması üçün tədbirləri təsdiqləmək üçün Avropa İttifaqının yeni sammiti çağırıla bilər”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Fransanın “France Inter” radiostansiyasına müsahibəsində deyib.
“Söhbət ondan gedir ki, noyabrda biz artıq tədbirləri razılaşdıracağıq. Mən şəxsən nazirlərin işini yaxından izləməyə söz vermişəm. Lazım gələrsə, yenidən yüksək səviyyəli görüş keçirəcəyik”, - o bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələr maksimum qiymət həddi barədə razılığa gəliblər, lakin müvafiq qurumların nazirləri məhdudiyyətlərlə bağlı müfəssəl razılaşmalar hazırlamalıdırlar.
Xatırladaq ki, Aİ ölkələrinin energetika nazirlərinin ilk iclası oktyabrın 25-də keçiriləcək.