“Avropa İttifaqı Rusiyadan aldığı təbii qazın qalan həcmini bərpa olunan enerji ilə əvəz edə bilər”.
"Report" xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
"Biz hələ də Rusiyadan bir qədər qaz alırıq, lakin onu bərpa olunan enerji ilə əvəz edə bilərik", - o deyib.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ötən ilin 8 ayı ərzində Rusiyadan Aİ-yə təbii qaz nəqlinin həcminin 80% azaldığını bildirmişdi.