Avropa Komissiyası: “2022-ci ildə Avropada qazın qiyməti yüksək qalacaq”

Avropa Komissiyası: “2022-ci ildə Avropada qazın qiyməti yüksək qalacaq” Bu il Avropa İttifaqı (Aİ) ərazisində qazın qiyməti yüksək qalacaq. Qiymətlər 2023-cü ilin yazında düşə bilər.
Energetika
10 Fevral , 2022 16:11
Avropa Komissiyası: “2022-ci ildə Avropada qazın qiyməti yüksək qalacaq”

Bu il Avropa İttifaqı (Aİ) ərazisində qazın qiyməti yüksək qalacaq. Qiymətlər 2023-cü ilin yazında düşə bilər.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) qış iqtisadi proqnozunda deyilir.

“Fyuçers müqavilələri əvvəlki kimi qışdan sonra yüksək qiymətlərdən geri çəkilmə tendensiyasına işarə edir. Lakin 2022-ci ildə qiymətlər payızda gözləniləndən yuxarı qalmaqda davam edəcək və yalnız 2023-cü ilin yazırda əhəmiyyətli dərəcədə aşağı düşəcək”, - sənəddə deyilir.

Qeyd edək ki, hazırda Avropada qaz fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 885-910 ABŞ dolları diapazonunda dəyişir.

Son xəbərlər

Orphus sistemi