Avropa ölkələri Rusiyanın qaza görə ödəniş şərti ilə razılaşmır

Avropa ölkələri Rusiyanın qaza görə ödəniş şərti ilə razılaşmır Fransa və Almaniya Rusiyadan qaz idxalına görə rublla ödəniş tələbini rədd edir.
Energetika
31 Mart , 2022 18:20
Avropa ölkələri Rusiyanın qaza görə ödəniş şərti ilə razılaşmır

Fransa və Almaniya Rusiyadan qaz idxalına görə rublla ödəniş tələbini rədd edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə belə bir tələbi müqavilənin yolverilməz pozuntu və şantaj olaraq dəyərləndirib.

“G7-nin açıqlamasını xatırlatmaq istərdim. Qaz ödənişini başqa valyutada etmək tələbini qəbul etməyəcəyik. Müqavilədə belə bir şey yoxdur. Müqavilə imzalanıbsa, yerinə yetirilməlidir”, - Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer bildirib.

Son xəbərlər

Orphus sistemi