Avropanın günəş və külək enerjisi ilə bağlı birlikləri “Solar Power Europe” və “Wind Europe” tərəfindən Bərpa Olunan Hidrogen Koalisiyası (Renewable Hydrogen Coalition) təsis edilib.
“Report” xəbər verir ki, yeni qurum Avropada bərpa olunan hidrogen texnologiyalarının tətbiqinə dəstək verəcək.
Koalisuiyanın təsisçiləri tərəfindən təqdim edilən yeni araşdırmaya görə Avropada bərpa olunan hidrogenin istehsalı və istehlakı hazırkı ehtimallardakından daha tez yoluna qoyula bilər.
Yeni qurumun hədəfləri ekoloji təmiz enerji məsələlərilə məşğul olan “Material Economics” məsləhətçi şirkətinin hazırladığı hesabata əsaslanır. Belə ki, Avropada hidrogenin istifadəsi ilə bağlı mövcud olan gizli tələbatın yaxın gələcəkdə 540 teravatt/saat, orta perspektivdə isə 1 200-1 400 teravatt/saat həddində olacağı qeyd olunur. Bərpa olunan hidrogen sahəsindəki sərmayə imkanları 550-700 milyard avro, karbon qazı tullantıların ixtisar imkanları da 450-550 mtqaton (bütöv tullantı həcminin 10 faizi) həcmində dəyərləndirilir.