Avropa 1000 kubmetr qazın qiyməti 1000 ABŞ dollarından aşağı düşüb.
“Report” xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasının məlumatlarından məlum olur.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın yanvar fyuçerslərinin qiyməti 994 ABŞ dollarına düşüb.
Ümumilikdə, gün ərzində Avropada qaz 4% ucuzlaşıb.