Avropada təbii qaz bir qədər bahalaşıb

Avropada təbii qaz bir qədər bahalaşıb Avropada qazın qiyməti 1100 dollar həddini aşıb.
Energetika
6 Yanvar , 2022 13:31
Avropada təbii qaz bir qədər bahalaşıb

Avropada təbii qazın qiyməti 1100 dollar həddini aşıb.

“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasında hərrac zamanı qazın fevral fyüçersləri əvvəlcə 1140 USD/1000 kubmetrdən yuxarı olsa da, sonradan 1100 dollaradək azalıb.

Xatırladaq ki, dekabrın 21-də 2190,4 dollarlıq tarixi maksimuma çatan qaz qiymətləri sonrakı günlərdə əks təsirlə azalaraq ilin son günü 800 dollardan aşağı düşmüşdü. Bu ucuzlaşmanı şərtləndirən amillər həm də ABŞ-dan LNG idxalının artması, habelə yerli külək elektrik stansiyalarında istehsalın artmasıdır.

Son xəbərlər

Orphus sistemi