Avropada qaz istehlakı artır

Avropada qaz istehlakı artır Avropada yeraltı qaz anbarlarından çıxarılan gündəlik "mavi yanacağ"ın həcmi bu ilin mart ayından bəri ilk dəfə 500 milyon kubmetri keçib.
Energetika
25 Noyabr , 2021 14:29
Avropada qaz istehlakı artır

Avropada yeraltı qaz anbarlarından çıxarılan gündəlik "mavi yanacağ"ın həcmi bu ilin mart ayından bəri ilk dəfə 500 milyon kubmetri keçib.

“Report” bu barədə GİE-yə istinadən xəbər verir. 

Noyabrın 23-nə olan vəziyyətə görə regionun yeraltı anbarlarından gündəlik 514 milyon təbii qaz çıxarıldığı halda, cəmi 19 milyon qaz vurulur.

Nəticədə anbarlarda hazırda 77,4 milyard kubmetrə yaxın qaz var ki, bu da ümumi tutumun 71,7%-i deməkdir.

Bəzi ehtimallara görə qarşıdan gələn qış soyuq keçsə, Avropada qaz ehtiyatı gələn ilin mart ayının sonuna qədər tükənə bilər. 

Son xəbərlər

Orphus sistemi