Avropada qaz yenidən bahalaşdı

Avropada qaz yenidən bahalaşdı Ukrayna qaz kəmərləri ilə bağlı təyin olunmuş əlavə hərrac baş tutmadığı üçün Avropada qazın qiyməti yenidən ilin zirvəsinə qalxıb
Energetika
26 May , 2021 13:13
Avropada qaz yenidən bahalaşdı

Ukrayna qaz kəmərləri ilə bağlı təyin olunmuş əlavə hərrac baş tutmadığı üçün Avropada qazın qiyməti yenidən ilin zirvəsinə qalxıb.

“Report” xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qiymətlər mayın 20-də ilin minimumu olan 290 USD/1000 kubmetrindən sonra 333 USD/1000 kubmetrədək sıçrayıb.

Qeyd edək ki, Ukrayna GTS Operator (Qaz Ötürücü Sistemi Operatoru) dünən aylıq hərraca Rusiyadan Avropaya əlavə gündəlik 63,7 milyon kubmetr qaz nəqli üçün kəmər çıxarıb, amma hər hansı ərizə gəlməyib. Bazar iştirakçılarının qənaətincə, bununla da həmin xətdə qaz nəql edə bilən yeganə tədarükçü Rusiyanın “Gazprom” şirkəti Avropa bazarında qiymətləri süni şəkildə yüksək səviyyədə saxlayır.

Hazırda LNG və təbii qaz tədarükünün yüksək hədd olduğu Avropada qaz tədarükü xeyli artıb. İlin əvvəlindən bu yana TTF-də “ertəsi gün” fyüçersinin orta qiyməti 250 USD/1000 kubmetrdir.

Son xəbərlər

Orphus sistemi