Avropada qazın min kubmetrinin qiyməti 1100 dollaradək düşüb

Avropada qazın min kubmetrinin qiyməti 1100 dollaradək düşüb Avropada qazın yanvar fyuçersləri ucuzlaşıb. “Report” xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasının məlumatlarından məlum olur.
Energetika
30 Dekabr , 2021 13:31
Avropada qazın min kubmetrinin qiyməti 1100 dollaradək düşüb

Avropada qazın yanvar fyuçersləri 1100 ABŞ dollarından aşağıdır. 

“Report” xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasının məlumatlarından məlum olur.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) indeksi üzrə qazın yanvar fyuçerslərinin qiyməti dünənki hesablaşma qiymətindən (1 min 127,2 ABŞ dolları) 2 % aşağı düşüb. 

Qiymətlərdəki eniş Avropaya kənardan əlavə sıxılmış təbii qaz (STQ) tədarükü və Avropanın külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin artması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi