Avropada qazın 1000 kubmetrinin qiyməti günə 1 150 ABŞ dolları ilə başlayıb.
“Report” Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1155 ABŞ dollarına çatıb.
Dünənki sessiya ilə müqayisədə qiymət 3 %-dən çox artıb.