Avropada qazın min kubmetrinin qiyməti 650 ABŞ dollarını ötüb

Avropada qazın min kubmetrinin qiyməti 650 ABŞ dollarını ötüb Bugünkü ticarət sessiyasında Avropada qazın qiyməti kəskin surətdə bahalaşıb. TTF indeksinin oktyabr fyuçersinin qiyməti 53,68 avro meqavatt/saat səviyyəsinə çatıb. Bu isə 1000 kubmetr üçün təxminən 659 ABŞ dolları deməkdir.
Energetika
6 Sentyabr , 2021 16:10
Avropada qazın min kubmetrinin qiyməti 650 ABŞ dollarını ötüb

Bugünkü ticarət sessiyasında Avropada qazın qiyməti kəskin surətdə bahalaşıb. TTF indeksinin oktyabr fyuçersinin qiyməti 53,68 avro meqavatt/saat səviyyəsinə çatıb. Bu isə 1 000 kubmetr üçün təxminən 659 ABŞ dolları deməkdir.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, sonradan qiymət 52,96 avro meqavatt/saatadək azalıb.

Xatırladaq ki, avqust ayında “Qazprom”un zavodunda baş vermiş qəza səbəbindən bir neçə gün ərzində Avropaya qaz tədarükündə azalma qeydə alınıb. Bu hadisə xammal çatışmazlığına və qiymət artımına zəmin yaradıb.

Son xəbərlər

Orphus sistemi