Avropada təbii qazın birja qiymətləri 2 %-dək düşüb.
“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti günə 1 965,8 ABŞ dolları ilə başlayıb. Bu isə ötən gün qeydə alınmış qiymətlə (min kubmetr üçün 2 056,6 dollar) müqayisədə 4,4 % aşağıdır.
Daha sonra qiymət bir qədər artaraq 2 016 dollara çatıb.