Bu günə olan ticarət sessiyasında Avropada qazın 1000 kubmetrinin qiyməti 770 ABŞ dollarını aşıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ICE birjasının məlumatları göstərir.
Niderlanddakı TTF habı üzrə qazın oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 772,5 ABŞ dollarına çatıb.