Avropada qazın qiyməti yenidən aşağı düşüb

Avropada qazın qiyməti yenidən aşağı düşüb Avropada qaz fyuçerslərinin qiymətləri 8%-dən çox azalaraq min kubmetr üçün 2 000 ABŞ dollarından aşağı düşüb.
Energetika
23 Dekabr , 2021 01:42
Avropada qazın qiyməti yenidən aşağı düşüb

Avropada qaz fyuçerslərinin qiymətləri 8%-dən çox azalaraq min kubmetr üçün 2 000 ABŞ dollarından aşağı düşüb.

"Report" xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiqləyir.

Avropanın ən likvid mərkəzi olan Niderlandın TTF indeksi üzrə yanvar fyuçerslərinin qiyməti ticarətin açılışında 2 030 ABŞ dollarını bir qədər ötüb. Ticarətrin sonunda isə qiymət 1 934,3 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, fyuçers bazarında tarixi maksimum - min kubmetr üçün 2190,4 ABŞ dolları dekabrın 21-də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi