Avropanın fond birjalarında təbii qazın qiyməti 1000 kubmetr üçün 1000 ABŞ dollarından aşağı düşüb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 993 ABŞ dollarına enib.
Ümumilikdə gün ərzində Avropada qaz 2,4% ucuzlaşıb.