Avropada təbii qaz 5 %-dən çox ucuzlaşıb

Avropada təbii qaz 5 %-dən çox ucuzlaşıb Avropada təbii qazın birja qiyməti 5 %-dən çox düşüb.
Energetika
17 Fevral , 2023 13:16
Avropada təbii qaz 5 %-dən çox ucuzlaşıb

Avropada təbii qazın birja qiyməti 5 %-dən çox düşüb.

"Report" xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın mart fyuçersləri günə 1 000 kubmetr üçün 566,3 ABŞ dolları səviyyəsində başlasa da, sonradan 545,2 ABŞ dollarına qədər (-5,2 %) ucuzlaşıb. Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün 575,4 ABŞ dolları) əsasən hesablanır.

Qeyd edək ki, Avropada təbii qazın qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 550 ABŞ dollarından aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi