Avropada təbii qazın qiyməti bu gün 60 faizədək bahalaşaraq tarixi rekord həddinə çatıb.
“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasındakı hərraclar zamanı regionun ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-in aprel fyüçersləri açılışda 1500 dollar həddində ikən bir qədər azaldıqdan sonra sürətlə artmağa başlayıb və 2226 USD/1000 kubmetrə çatıb. Bu da ötəngünkü göstəriciyə (1396,5 dollar) nisbətən 59,4 faiz çoxdur.
Qeyd edək ki, hazırkı qiymət artımını şərtləndirən əsas amillər Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlaması, eləcə də bu ölkəyə qarşı beynəlxalq miqyasda tətbiq edilən sanksiyalardır.