Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt gücündə quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb.
"Report" xəbər verir ki, sənədlərə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selin Güven imza atıb.
İmzalanma mərasimi bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində baş turub.