Azərbaycan Avropa Komissiyası ilə enerji layihələrinin maliyyələşmə imkanları, xüsusilə "yaşıl enerji"nin istehsalı və ötürülməsi istiqamətində dördtərəfli formatda görülən tədbirlər barədə fikir mübadiləsi edib.
Bu barədə “Report”a Energetika Nazirliyindən bildirilib.
Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə keçirilən görüşdə müxtəlif komponentlərdən ibarət layihənin tam texniki iqtisadi əsaslandırması və birgə müəssisənin yaradılması prosesinə başlandığı bildirilib.
Söhbət zamanı Avropa İttifaqı ilə enerji səmərəliliyi və metan emissiyaları üzrə əməkdaşlıq barədə də danışlıb.
Görüşdə həmçinin Cənub Qaz Dəhlizinin, Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı, habelə Enerji Dialoqu çərçivəsində əməkdaşlıq priroritetləri üzrə müzakirələr aparılıb.
Azərbaycan Avropa Komissiyası ilə Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılmasını müzakirə edib.
“Report” xəbər verir ki, bunun müzakirəsi energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyası enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə Enerji Həftəsi çərçivəsində keçirtdiyi görüşdə aparılıb.
Görüşdə Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi və Enerji Dialoqu çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Növbəti addımlar müəyyənləşdirilib.
P. Şahbazov bu barədə özünün tviter hesabında yazıb.