Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub.
"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 498 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Bununla da Azərbaycan OPEC kvotasını 72,8 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.