Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Şurasına üzv seçilib Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.
Energetika
18 Aprel , 2023 10:09
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Şurasına üzv seçilib

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Qurumun Nizamnaməsinə əsasən, Şuranın tərkibi 4 regional qrup üzrə 21 üzvdən ibarət olmaqla formalaşdırılır. Azərbaycanın da yer aldığı qrupa ümumilikdə 52 ölkə daxildir və yalnız 7 ölkə - Azərbaycan, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, ABŞ və Kanada Şuraya üzv seçilib.

IRENA Şurası qurumun fəaliyyətinin təşkili üzrə bir sıra səlahiyyətlərə malikdir və Assambleya tərəfindən ona həvalə edilmiş funksiyaları həyata keçirir.

Son xəbərlər

Orphus sistemi