Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının 4-cü iclası olacaq

Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının 4-cü iclası olacaq Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazovdur
Energetika
19 May , 2021 16:04
Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının 4-cü iclası olacaq

Sabah Bakıda Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartdır.

Son xəbərlər

Orphus sistemi