Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 403 min ton metanol (metil spirti) ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 42,3 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə metanol qeyri-neft sektoru üzrə ixracda 2,9 % paya malik olub.
Metanol istehsalı Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.