Azərbaycan bu il 47 milyon dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu il 47 milyon dollarlıq neft məhsulları ixrac edib Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 15,8 %, dəyəri isə 28,6 % azalıb
Energetika
16 Mart , 2021 18:02
Azərbaycan bu il 47 milyon dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 123,5 min ton neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 46,7 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 15,8 %, dəyəri isə 28,6 % azalıb.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,7 % olub.

Son xəbərlər

Orphus sistemi