Azərbaycan bu il 54 milyon dollarlıq polipropilen ixrac edib

Azərbaycan bu il 54 milyon dollarlıq polipropilen ixrac edib Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 67,1 min ton ilkin formatlarda polipropilen ixrac edib.
Energetika
16 Noyabr , 2020 17:38
Azərbaycan bu il 54 milyon dollarlıq polipropilen ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 67,1 min ton ilkin formatlarda polipropilen ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 54,45 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə polipropilen qeyri-neft sektoru üzrə ixracda 3,8 % paya malik olub.

Polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi