Bu ilin yanvar-avqust aylarında Gürcüstan 1 715,9 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.
Sənədə əsasən, həcmin 505,4 milyon kilovatt/saatı və yaxud 29,45 %-i Azərbaycanın payına düşüb.
8 ayda qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü Rusiya (1 049,4 milyon kilovatt/saat) olub.
Hesabat dövründə Gürcüstan Azərbaycandan Türkiyəyə 163,6 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini həyata keçirib.