Azərbaycan bu il Gürcüstanın ikinci əsas aviasiya yanacağı tədarükçüsü olub

Azərbaycan bu il Gürcüstanın ikinci əsas aviasiya yanacağı tədarükçüsü olub Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib.
Energetika
8 Noyabr , 2021 13:13
Azərbaycan bu il Gürcüstanın ikinci əsas aviasiya yanacağı tədarükçüsü olub

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İlk 10 ayda Azərbaycan qonşu ölkənin bu yanacaq növünə olan tələbatının 16,3 %-ni ödəyib.

Hesabat dövründə Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi 73,5 min ton (+54,7 %) təşkil edib. Qonşu ölkənin bir nömrəli tədarükçüsü 40,3 min tonla Türkmənistan (54,9 %) olub. Üçüncü əsas tədrükçü isə İtaliyadır (10,5 min ton).

Birlikdən qeyd olunub ki, aviasiya yanacağının idxalında əhəmiyyətli artım aviareyslərin bərpası ilə birbaşa bağlıdır. Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi