Azərbaycan Buxarestdə 3 ölkə ilə "yaşıl enerji"nin inkişafı məsələlərini müzakirə edəcək

Azərbaycan Buxarestdə 3 ölkə ilə "yaşıl enerji"nin inkişafı məsələlərini müzakirə edəcək Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfər edəcək.
Energetika
24 İyul , 2023 17:28
Azərbaycan Buxarestdə 3 ölkə ilə yaşıl enerjinin inkişafı məsələlərini müzakirə edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfər edəcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, səfərin əsas məqsədi iyulun 25-də bu ölkənin paytaxtı Buxarest şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclasında iştirak etməkdir.

Son xəbərlər

Orphus sistemi