Azərbaycan karbamid ixracınından qazancını 36 dəfədən çox artırıb

Azərbaycan karbamid ixracınından qazancını 36 dəfədən çox artırıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 96 min 476 ton azot gübrəsi ixrac edib.
Energetika
19 May , 2022 12:41
Azərbaycan karbamid ixracınından qazancını 36 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 96 min 476 ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən 4 ay ərzində həyata keçirilən ixracın dəyəri 68,2 milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 dəfə və 36,5 dəfə çoxdur.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 7,1 %, ümumi ixracda isə 0,6 % paya malik olub.

Azot gübrəsi İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi