Azərbaycan “Masdar” şirkəti ilə əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan “Masdar” şirkəti ilə əməkdaşlığı genişləndirməyi müzakirə edib Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.
Energetika
11 May , 2022 09:32
Azərbaycan “Masdar” şirkəti ilə əməkdaşlığı genişləndirməyi müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, görüş “Masdar”ın Abu-Dabidəki mənzil-qərargahında baş tutub. Görüşdə bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar”ın əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl enerj"i siyasəti və hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə dəyərləndirilib.

Görüşdə, həmçinin Qaradağ günəş elektrik stansiyasının (GES) nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər, icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. Bildirilib ki,“Masdar”la hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.

Bu il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə 230 MVT gücündə “Qaradağ” GES-in təməlqoyma mərasimi keçirilib. “Masdar”ın 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. Ümumilikdə 550 hektar ərazidə yerləşəcək və illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq.

110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.

Son xəbərlər

Orphus sistemi