Azərbaycan Mərkəzi Bankı BP ilə "Enerji Proqnozu" hesabatını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı BP ilə "Enerji Proqnozu" hesabatını müzakirə edibAzərbaycan Mərkəzi Bankı (AMB) BP şirkəti ilə “BP Enerji Proqnozu” hesabatında qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) BP şirkəti ilə “BP Enerji Proqnozu” hesabatında qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparıb.
“Report” xəbər verir ki, bu barədə AMB-nin "X" sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Bildirilib ki, AMB-nin sədri Taleh Kazımov, BP şirkətinin baş iqtisadçısı Spenser Deyl və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini qəbul edib.
Görüş zamanı S. Deyl tərəfindən 2024-cü il üzrə “BP Enerji Proqnozu” hesabatı təqdim olunub və hesabatda qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycanda makroiqtisadi vəziyyət, "yaşıl iqtisadiyyat"ın inkişafı və neft-qaz hasilatı məsələləri müzakirə edilib.
Mərkəzi Bankın sədri Taleh Kazımov #BP şirkətinin baş iqtisadçısı Spenser Deyl və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini qəbul edib.
Görüş zamanı baş iqtisadçı tərəfindən 2024-cü il üzrə “BP Enerji Proqnozu” hesabatı təqdim… pic.twitter.com/OzeblLpzVx