Azərbaycan nefti ötən il orta hesabla 45 % bahalaşıb

Azərbaycan nefti ötən il orta hesabla 45 % bahalaşıb 2022-ci ildə dünya bazarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 103,6 ABŞ dolları təşkil edib.
Energetika
24 May , 2023 11:01
Azərbaycan nefti ötən il orta hesabla 45 % bahalaşıb

2022-ci ildə dünya bazarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 103,6 ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ildəki orta qiymətdən 44,7 %, 2022-ci ilin dövlət büdcəsinin yenidən baxılması zamanı əsas götürülmüş göstəricidən isə 21,8 % çox olub.

“Qlobal iqtisadiyyatda və əmtəə bazarlarında hökm sürən qeyri-müəyyənliklər fonunda neft və təbii qaz qiymətləri proqnozları üstələyib. Enerji daşıyıcılarının yüksək qiymətləri əsasən Rusiya və Ukrayna arasında hərbi toqquşmaların baş verməsi, münaqişə səbəbindən sanksiyaların, ixrac və qiymət məhdudiyyətlərinin tətbiq olunması, eləcə də OPEC+ ölkələri arasında neft hasilatı səviyyəsinin azaldılmasına dair razılığın əldə edilməsi ilə bağlı olub", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi