Azərbaycan neftinin qiyməti 120 dollara düşüb

Azərbaycan neftinin qiyməti 120 dollara düşüb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dolları, yaxud 0,9 % azalaraq 120,1 ABŞ dolları təşkil edib.
Energetika
12 İyul , 2022 09:24
Azərbaycan neftinin qiyməti 120 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dolları, yaxud 0,9 % azalaraq 120,1 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 105,54 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Son xəbərlər

Orphus sistemi