Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 587 min barel həcmində saxlamalıdır.
Energetika
10 Noyabr , 2020 12:58
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

Bu ilin oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barel olub.

Bu barədə “Report”a Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun 587 min barrelini xam neft, 88,2 min barelini isə kondensat təşkil edib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC plus” üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, “OPEC plus” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Son xəbərlər

Orphus sistemi