Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 13,7 mln ABŞ dolları dəyərində polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.
Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 17,9 mln ABŞ dolları dəyərində polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr ixrac edib.
Qeyd edək ki, ötən ilin mart ayında, həmçinin I rübündə analoji məhsulun ixracını həyata keçirməyib