Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12,3 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qazın dəyəri 2,2 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə "mavi yanacaq" ixracının həcmi 17,3 %, dəyəri isə 4,8 % artıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 16,7% olub.