Azərbaycan qaz ixracını 17% artırıb

Azərbaycan qaz ixracını 17% artırıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xaricə qaz satışı 7,7 mlrd kubmetr təşkil edib.
Energetika
18 Avqust , 2020 16:00
Azərbaycan qaz ixracını 17% artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xaricə qaz satışı 7,7 mlrd kubmetr təşkil edib.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% çoxdur.

Hesabat dövründə Türkiyəyə ixrac edilən qazın həcmi 6,3 mlrd kubmetr, Gürcüstana ixrac edilən qazın həcmi 1,4 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

Son xəbərlər

Orphus sistemi