Azərbaycan Serbiya ilə “yaşıl enerji”nin tədarükünə dair saziş imzalamağı planlaşdırır

Azərbaycan Serbiya ilə “yaşıl enerji”nin tədarükünə dair saziş imzalamağı planlaşdırır Azərbaycan yaxın vaxtlarda Serbiya ilə “yaşıl enerji”nin tədarükünə dair saziş imzalamağı planlaşdırır.
Energetika
25 İyul , 2024 14:49
Azərbaycan Serbiya ilə “yaşıl enerji”nin tədarükünə dair saziş imzalamağı planlaşdırır

Azərbaycan yaxın vaxtlarda Serbiya ilə “yaşıl enerji”nin tədarükünə dair saziş imzalamağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair brifinqdə deyib.

“Yaşıl enerji” əməkdaşlıq üçün çox vacib istiqamətdir. Bu kontekstdə Qara dəniz vasitəsilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu dəhliz Azərbaycandan Avropaya 4 GVt yaşıl enerji təchizatı üçün nəzərdə tutulub. Rumıniya və Macarıstanla razılaşmalar var, Serbiya ilə bu məsələyə dair danışıqlar aparılıb”, - o bildirib.

S.Babayev əlavə edib ki, 2024-cü ilin ikinci yarısında bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması başa çatacaq, bundan sonra yekun qərarlar qəbul ediləcək: “Azərbaycanın “yaşıl enerji” potensialı çox böyükdür və 150 ​​GVt-ı ötür. Ümid edirəm ki, yaxın gələcəkdə Serbiya ilə “yaşıl enerji” layihələri ilə bağlı razılığa gələcəyik. Artıq Serbiya bazarının ənənəvi enerji resurslarının tədarükçüsünə çevrilmiş Azərbaycan da “yaşıl enerji” təchizatçısına çevriləcək”.

Son xəbərlər

Orphus sistemi