Bu ilin ilk 3 ayı ərzində 2020-ci ilin müvafiq dövrünə nisbətən Azərbaycan Türkiyəyə 15,8 % çox, yəni 3 milyard kubmetr qaz ixrac edilib
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.
Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 1,4 milyard kubmetr qaz nəql olunub.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.