Azərbaycan və Böyük Britaniya "yaşıl" enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq edəcək - YENİLƏNİB

Azərbaycan və Böyük Britaniya "yaşıl" enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq edəcək - YENİLƏNİB Azərbaycan və Böyük Britaniya yaşıl enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığa dair səmərəli müzakirələr aparıb
Energetika
2 Fevral , 2023 16:37
Azərbaycan və Böyük Britaniya yaşıl enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq edəcək - YENİLƏNİB

Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Cənub Qaz Dəhlizinin töhfələri, növbəti inkişaf fazası, eləcə də bərpa olunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb.

Azərbaycan ilə Böyük Britaniya arasında enerji əməkdaşlığının inkişafında BP şirkəti ilə tərəfdaşlıq əlaqələrinin mühüm rolu qeyd olunub. Həmçinin “Fortescue Future Industries” (FFI) şirkəti ilə Energetika Nazirliyinin yaşıl enerji və hidrogen üzrə 12 QVt-dək güclərinin yaradılmasına dair əməkdaşlığı maraqla qarşılanıb. Yaşıl texnologiyalar, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasından irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

15:43

Azərbaycan və Böyük Britaniya "yaşıl" enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığa dair səmərəli müzakirələr aparıb.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

“Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moranla görüşdə Cənub Qaz Dəhlizinin inkişafı, "yaşıl" enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığa dair səmərəli müzakirələrimiz olub”, - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi